Xəzər Xəbər

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

İdman | 14:17 • 7 Oktyabr 2019
Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.


"Qarabağ"ın hücumçusu Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb.


Buna onun Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilmiş "Qarabağ” – "Sabah” oyununda zədələnməsi səbəb olub. M. Emrelinin əvəzinə "Neftçi”dən Namik Ələsgərov yığmanın heyətinə dəvət olunub.


Qeyd edək ki, əsas komanda oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.

Xəbər lenti