Xəzər Xəbər

Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd açıqlanıb

İdman | 10:19 • 3 Oktyabr 2019
Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd açıqlanıb

Çempionlar Liqasında qrup mərhələsinin ikinci turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.


Xezerxeber.az-ın məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.


Bunlar Luis Suares ("Barselona”), Dennis Emmanuel ("Brügge”), Əşrəf Hakimi ("Borussiya”, D) və Serj Qnabridir ("Bavariya”). Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı oktyabrın 4-də açıqlanacaq.

Xəbər lenti