Xəzər Xəbər

"Azərbaycanla oyunda mütləq qalib gəlməliyik" - Marko Rossi

İdman | 10:39 • 1 Oktyabr 2019
"Azərbaycanla oyunda mütləq qalib gəlməliyik" -

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunlar haqda fikirlərini bildirib.


İtaliyalı mütəxəssis millimizlə görüşdə qalib gəlməli olduqlarını söyləyib: "Qarşıda iki çətin oyunumuz olacaq. Qrupdan çıxmaq şansımız var. Azərbaycanla oyunda mütləq qalib gəlməliyik. Xorvatiyaya qarşı isə sürpriz etməyə çalışacağıq. Özümüzün və onların kim olduqlarını bilirik".


Qeyd edək ki, Macarıstan yığması oktyabrın 10-da Xorvatiya, 13-də isə millimizlə qarşılaşacaq. /qol.az

Xəbər lenti