Xəzər Xəbər

Türkiyə Superliqasının altıncı turuna yekun vurulub

İdman | 09:23 • 1 Oktyabr 2019
Türkiyə Superliqasının altıncı turuna yekun vurulub

Sentyabrın 30-da futbol üzrə Türkiyə Superliqasının VI turunun son oyununda "Qaziantep" doğma meydanda "Göztəpə"ni qəbul edib.


Xezerxeber.az xəbər verir ki, "Qaziantep" arenada baş tutan görüşdə hesabı 58-ci dəqiqədə meydan sahibləri açıb. "Qaziantep"in hücumçusu Guray Vural topu rəqib qapısından keçirib. Lakin qonaqların cavabı çox gecikməyib. Qarşılaşmanın 82-ci dəqiqəsində Berkan Əmirin dəqiq zərbəsi sayəsində "Göztəpə" məğlubiyyətdən xilas olub. Beləliklə "Qaziantep" və "Göztəpə" oyununda qalib müəyyənləşməyib.


Turun son nəticələrinə görə Türkiyə çempionatında 6 oyundan sonra "Alanyaspor" 14 xalla vahid liderdir.

Xəbər lenti