Xəzər Xəbər

Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb

İdman | 10:23 • 30 Sentyabr 2019
Braziliyada futbolda 56:0 hesabı qeydə alınıb

Braziliyada keçirilən qadın futbolçular arasında "Flamenqo” – "Qremino” oyunu tarixə düşüb.


APA-nın məlumatına görə, Rio ştatının çempionatında baş tutan oyunda ev sahibləri 56:0 hesabı ilə qalib gəlib.


Bu, Braziliya çempionatlarında ən böyük hesabdır. Ümumilikdə isə "Flamenqo”nun qələbəsi futbol tarixində rəsmən qeydə alınan ikinci ən böyük nəticə olub.


Mütləq rekord Madaqaskar çempionatına məxsusdur. 2002-ci ildə "Adema” "Lemirn”i 149:0 hesabı ilə məğlub edib.


"Flamenqo”ya qədər ikinci sırada Avstraliya yığması qərarlaşmışdı. 2001-ci ildə baş tutan görüşdə avstraliyalılar Amerika Samoasını 31:0 hesabı ilə yenib.

Xəbər lenti