Xəzər Xəbər

“Napoli” “Breşiya”nı məğlub edib

İdman | 17:16 • 29 Sentyabr 2019
“Napoli” “Breşiya”nı məğlub edib

Sentyabrın 29-da İtaliya A Seriyasının altıncı turunun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, çempionluğa iddialı "Napoli” doğma azarkeşlər önündə "Breşiya” klubunu qəbul edib.


Görüş neapolluların minimal hesablı qələbəsi ilə başa çatıb – 2:1.


Karlo Ançellotinin yetirmələrinin heyətində Dris Mertens (13) və Kostan Manolas (44) fərqləniblər. Qonaqların isə yeganə qoluna yeni transferi Mario Balotelli (67) imza atıb.


Bu qələbədən sonra "Napoli” xalların sayını 12-yə çatdıraraq turnir cədvəlində dördüncü yerə yüksəlib. "Breşiya” isə 6 xalla 11-ci yerdə qərarlaşıb.


Növbəti turda "Breşiya” öz meydanında "Sassuolo” ilə, "Napoli” isə səfərdə "Torino” ilə üz-üzə gələcək.


Turun qalan oyunları bu gün oynanılacaq.

Xəbər lenti