Xəzər Xəbər

La Liqada Madrid derbisi

İdman | 13:07 • 28 Sentyabr 2019
La Liqada Madrid derbisi

Bu gün İspaniya La Liqasında mövsümün ilk Madrid derbisi baş tutacaq.


Çepmionatın VII turu çərçivəsində "Atletiko" "Real"ı qəbul edəcək. Bakı vaxtı ilə saat 23.00-da başlayacaq görüş "Vanda Metropolitano" stadionunda keçiriləcək. Matçı FIFA referisi Joze Qonzales idarə edəcək..


"Real" 6 turdan sonra 14 xalla (4 qələbə, 2 heç-heçə, top fərqi - 12:6) turnir cədvəlinə başçılıq edir. "Atletiko" isə 6 oyunda 13 xal qazanıb (4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 7:4) və "Real Sosyedad"la 2-3-cü pillələri bölüşür.


"Atletiko"da Alvaro Morata cəza, Sime Vrsalko zədə səbəbindən oynamayacaq. Borya Karkes və Tomas Lemarın durumuna isə oyun saatında aydınlıq gələcək.


"Real"da Marko Asensio zədəlidi və derbidə forma geyinməyəcək. Brahim Diaz, İsko, Ferland Mendi, Marselo və Luka Modriçin durumu bəlli deyil.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar