Xəzər Xəbər

Komanda yoldaşının 70 minlik saatını oğurladığını boynuna aldı

İdman | 15:37 • 27 Sentyabr 2019
Komanda yoldaşının 70 minlik saatını oğurladığını boynuna aldı

"Nitsa"nın hücumçusu Lamine Diabi komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurladığını boynuna alıb.

"L’Équipe" nəşri xəbər verir ki, 18 yaşlı futbolçu quldurluq etdiyi üçün üzr istəyib. O, saatın kompensiyasını ödəyəcəyini söz verib.

Danimarkalı hücumçunun saatı sentyabrın 19-u paltardəyişmə otağından oğurlanmışdı. Diabi məşq zamanı fürsət tapan kimi paltardəyişmə otağından saatı oğurlamağa müvəffəq olub.

Diabi Fransanın U-16, U-17 və U-18 millilərinin üzvü olub.

Gənc forvard bu mövsüm Liqa 1-də oynamasa da, daha öncə 6 dəfə meydana çıxıb. Aprel ayında zədələnən futbolçu əməliyyat edildi və sentyabrda məşqləri bərpa etdi.

"Nitsa" yetirməsinin saatı oğurladığı barədə heç bir məlumat vermək istəmir. Klub bu məsələ ilə bağlı mətbuata məlumat sızılmasını istəmir.

Liqa 1 təmsilçisi gənc hücumçunu klubdan qovmağa çətinlik çəkir. Çünki fransalı futbolçu son 10 ildə "Nitsa" akademiyasından çıxan ən potensiallı oyunçulardan biridir.

"Nitsa" 21 yaşlı Dolberqi bu yay "Ayaks"dan20,5 milyon avroya transfer etmişdi.

Xəbər lenti