Xəzər Xəbər

Qattuzo "Milan"a qayıdır?

İdman | 15:33 • 27 Sentyabr 2019
Qattuzo "Milan"a qayıdır?

Ötən mövsümün sonunda "Milan"dan ayrılan Cennaro Qattuzo yenidən sabiq komandasında qayıda bilər.

"Corriere dello Sport" xəbər verir ki, uğursuz nəticələrə görə, "qırmızı-qaralar" Marko Campaolonu vəzifəsindən göndərməyə hazırlaşır.

İddiaya görə, "Milan"dan ayrıldıqdan sonra işsiz qalan Qattuzonun geri dönüşü müzakirə edilir.

"Milan" bu mövsüm A Seriyasında 5 oyuna 6 xal toplayıb.

41 yaşlı Qattuzo 2017-2019-cu illərdə "Milan"ın baş məşqçisi olub.


Xəbər lenti