Xəzər Xəbər

“Barselona” “Qrizmann məsələsi”nə görə 300 avro məbləğində cərimələnib

İdman | 21:43 • 26 Sentyabr 2019
“Barselona” “Qrizmann məsələsi”nə görə 300 avro məbləğində cərimələnib

İspaniyanın Futbol Federasiyasının Rəqabət Komitəsi "Barselona” futbol klubunu "Qrizmann məsələsi”nə görə 300 avro həcmində cərimələyib.


"Barselona” futbol klubu sonuncu transfer bazarında forvard Qrizmann üçün 120 milyon avro ödəyib. Qrizmannın bundan əvvəlki klubu olan "Atletiko” məhkəməyə müraciət edərək, danışıqların yalnız oyunçunun özü ilə aparıldığını, cəmi 120 milyon avro ödəniləcəyi barədə yalnız onunla razılığa gəlinməsini bildirib. Sazişdə transfer üçün məbləğ 200 milyon avro təşkil edib.


Komitə öz məktubunda "oyunçunun intizam məsuliyyətinin olmamasını” bəyan edir, "cərimənin rəmzi xarakter daşıdığını və bunun "Barselona”ya və digər klublara gələcəkdə analoji pozuntulara yol verməkdə mane olmayacağını etiraf edir”. (AZƏRTAC)

Xəbər lenti