Xəzər Xəbər

Aleksandr Lukaşenko: Belarus Donbasda sülhməramlı qüvvələrini yerləşdirməyə hazırdır

İdman | 14:04 • 26 Sentyabr 2019
Aleksandr Lukaşenko: Belarus Donbasda sülhməramlı qüvvələrini yerləşdirməyə hazırdır

Belarus Donbasda sülhməramlı qüvvələrini yerləşdirməyə və tərəflərin razılığı olarsa, Ukrayna-Rusiya sərhədini nəzarətə götürməyə hazırdır. AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ukraynalı jurnalistlərə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.


A.Lukaşenko qeyd edib ki, Belarus nəzarətsiz sərhəd zonlarında baş verənlərdən narahatdır, ona görə də öz köməyini təklif edir. Belarus, həmçinin Donbasda infrastrukturun bərpasında, humanitar yardımların göstərilməsində iştirak edə bilər.


Prezident vurğulayıb ki, "vahid və bölünməz” Ukrayna mövqeyini dəstəkləyir və Donbasda münaqişənin həlli üçün konkret hərəkətlərə keçmək lazımdır. Belə ki, bu illər ərzində regionda vəziyyət ciddi surətdə dəyişib.


Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında müharibə 2014-cü ilin aprel ayından bəri davam edir. Donbasla yanaşı, Donetsk və Luqansk vilayətləri də Kiyevin nəzarətindən çıxıb.

Xəbər lenti