Xəzər Xəbər

BBC: Futbol üzrə Rusiya yığmasının 2022-ci il dünya çempionatında iştirakı sual altındadır

İdman | 16:19 • 24 Sentyabr 2019
BBC: Futbol üzrə Rusiya yığmasının 2022-ci il dünya çempionatında iştirakı sual altındadır

Rusiya Antidopinq Agentliyi (RUSADA) Dünya Antidopinq Agentliyinin (WADA) tərkibindən çıxarılarsa, o halda Rusiya yığması Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında iştirak etməyə bilər. Bu barədə BBC agentliyi məlumat yayıb.


Xezerxeber.az xəbər verir ki, daha əvvəl Dünya Antidopinq Agentliyi (WADA) dopinq nümunələrinin Moskva laboratoriyasının məlumat bazasında uyğunsuzluq aşkarlayıb və RUSADA-nı çempionatdan kənarlaşdıra bilər. Rusiya tərəfinə uyğunsuzluğun izahını hazırlayıb təqdim etmək üçün üç həftə vaxt verilib.


Mənbənin məlumatına görə, Rusiya təşkilatının kənarlaşdırılacağı halda cəza WADA-nın kodeksi üzrə fəaliyyət göstərən bütün idman yarışlarına, o cümlədən futbol üzrə dünya çempionatlarına da aid edilə bilər.

Xəbər lenti

Çox oxunanlar