Xəzər Xəbər

Messi Ronaldoya səs verdi, o isə... NƏTİCƏLƏR

İdman | 15:41 • 24 Sentyabr 2019
Messi Ronaldoya səs verdi, o isə...

FIFA-nın keçirdiyi ilin ən yaxşıları – "The Best” mükafatlarının sahibləri bilindi.


Lionel Messi (Barselona) və Kriştiano Ronaldonun (Yuventus) FIFA-nın "The Best” mükafatının səsverməsi zamanı kimlərə səs verdiyi müəyyələşib.


Argentina millisinin kapitanı olan Messi ilin ən yaxşı futbolçusu kimi Sadio Maneni (Liverpul) göstərib. O, ikinci yerə əzəli rəqibi Kriştiano Ronaldonu, üçünçü yerz hazırda "Barselona”da komanda yoldaşı olan Frenki de Yonq layiq görüb.


Messi ilin ən yaxşı baş məşqçisi nominasiyasında seçimini Xosep Qvardiolanın (Mançester Siti) xeyirinə edib. O, Maurisio Poçettino (Tottenhem) və Marselo Qalyardonu (River Pleyt) 2-3-cü yerdə göstərib.


Portuqaliya millisinin kapitanı Ronaldo ən yaxşı futbolçu nominasiyasında seçimini belə edib: Mattis de Liqt (Ayaks/Yuventus), Frenki de Yonq (Ayaks/Barselona), Kilian Mbappe (PSJ).


Ronaldo ilin ən yaxşı baş məşqçisi kimi Portuqaliya yığmasına rəhbərlik edən Fernandu Santuşu fərqləndirib. O, ikinci yerdə Cemal Belmadini (Əlcəzair millisi), üçüncü yerdə Yugren Kloppu (Liverpul) göstərib.


Qeyd edək ki, ötən axşam keçirilən mükafatladırma mərasimində ən yaxşı kişi futbolçu Lionel Messi ("Barselona”, İspaniya), ən yaxşı qadın futbolçu Meqan Rapino ("Reyn”, ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp ("Liverpul”, İngiltərə), qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub.

XəzərXəbər milli komandaların məşhur kapitanları olan futbolçuların ilin ən yaxşı oyunçusu nominasiyasında kimlərə səs verməsinin nəticələrini təqdim edir:

Riyad Mahrez (Əlcəzair) – Lionel Messi, Sadio Mane, Məhəmməd Salah

Lionel Messi (Argentina) – Sadio Mane, Kriştianu Ronaldu, Frenki de Yonq

Eden Azar (Belçika) – Sadio Mane, Vircil van Deyk, Lionel Messi

Edin Ceko (Bosniya və Herseqovina) – Lionel Messi, Kriştianu Ronaldu, Vircil van Deyk

Qari Medel (Çili) – Lionel Messi, Kriştianu Ronaldu, Vircil van Deyk

Radamel Falkao (Kolumbiya) – Kriştianu Ronaldu, Lionel Messi, Vircil van Deyk

Luka Modriç (Xorvatiya) – Kriştianu Ronaldu, Eden Azar, Lionel Messi

Simon Kyer (Danimarka) – Lionel Messi, Vircil van Deyk, Kilian Mbape

Hari Keyn (İngiltərə) – Lionel Messi, Vircil van Deyk, Kriştianu Ronaldu

Üqo Lyoris (Fransa) – Lionel Messi, Kriştianu Ronaldu, Kilian Mbape

Pyer-Emerik Obameyanq (Qabon) – Kriştianu Ronaldu, Eden Azar, Lionel Messi

Manuel Noyer (Almaniya) – Vircil van Deyk, Sadio Mane, Eden Azar

Vircil van Deyk (Hollandiya) – Lionel Messi, Məhəmməd Salah, Sadio Mane

Qoran Pandev (Şimali Makedoniya) – Vircil van Deyk, Sadio Mane, Məhəmməd Salah

Robert Levandovski (Polşa) – Vircil van Deyk, Sadio Mane, Frenki de Yonq

Kriştianu Ronaldu (Portuqaliya) – Mateys de Lixt, Frenki de Yonq, Kilian Mbape

Artyom Dzyuba (Rusiya) – Vircil van Deyk, Kriştianu Ronaldu, Lionel Messi

Serxio Ramos (İspaniya) – Eden Azar, Kriştianu Ronaldu, Məhəmməd Salah

Endryu Robertson (Şotlandiya) – Vircil van Deyk, Frenki de Yonq, Sadio Mane

Qeyd edək ki, birinci adı çəkilən futbolçulara beş, ikincilərə üç, üçüncülərə isə bir xal verilir. Ən çox adı çəkilən futbolçu "Liverpul”la ötən mövsüm Çempionlar Liqasını qazanmış hollandiyalı mərkəz müdafiəçisi Vircil van Deyk olsa da, topladığı xalların çoxluğuna görə "Barselona”nın argentinalı futbolçusu Lionel Messi qalib elan edilib.

Xəbər lenti