Xəzər Xəbər

UEFA Çempionlar Liqası: qrup mərhələsinin birinci həftəsinin ən yaxşı qolu müəyyənləşib

İdman | 16:23 • 23 Sentyabr 2019
UEFA Çempionlar Liqası:

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sentyabrın 17-18-də oynanılan birinci turunun görüşlərində vurulan qolların arasında ən yaxşısı seçilib.


Xezerxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, İtaliyanın "Yuventus” komandasının kolumbiyalı futbolçusu Xuan Kuadradonun səfərdə İspaniyanın "Atletiko Madrid” klubunun qapısına vurduğu qol həftənin ən yaxşısı seçilib.


Futbolçu səsvermə nəticəsində "Paris Sen-Jermen” klubunun hücumçusu Anxel Di Mariyanı, "Ayaks”ın yarımmüdafiəçisi Edson Alvarezi və "Tottenhem”in futbolçusu Lukas Mauranı qabaqlayıb.


Xatırladaq ki, həmin qarşılaşmada "Yuventus” 2:0 hesabı ilə irəlidə olsa da, meydan sahibləri əsas vaxtın başa çatmasına 20 dəqiqə qalmış oyunda dönüş yaradaraq heç-heçəyə nail olublar.


UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun oyunları oktyabrın 1-2-də keçiriləcək.

Xəbər lenti