Xəzər Xəbər

"Kifayət qədər mübarizə aparmadıq" Zidan böyük hesablı məğlubiyyətdən danışdı

İdman | 16:03 • 19 Sentyabr 2019
"Kifayət qədər mübarizə aparmadıq"

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə PSJ-yə 0:3 hesabı ilə uduzan "Real"ın baş məşqçisi Zinəddin Zidan oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb:

AS nəşri xəbər verir ki, madridlilərin çalışdırıcısı yaxşı mübarizə aparmadıqlarını bildirib:

"Kifayət qədər mübarizə aparmadıq. İkili mübarizələrin əksərini uduzduq. Belə şəkildə qalib gəlmək mümkünsüzdür. PSJ bizi hər cəhətdə üstələdi. Rəqibimiz qol vəziyyəti yaratmaqda problem yaşamayan klubdur. Bu, məni narahat etmirdi. Məni qayğılandıran meydanda lazım olan mübarizəni aparmamaqdır. Hamımız eyni gəmidəyik. Kimisə hədəf almaq istəmirəm. Qalib gələndə hamınınzəfəri olursa, məğlubiyyət hər kəsin günahıdır"./Sportal.az

Xəbər lenti