Xəzər Xəbər

“Qarabağ”ın futbolçusu: “Biz yaxşı, “Sevilya” isə çox yaxşı komandadır”

İdman | 13:28 • 19 Sentyabr 2019
“Qarabağ”ın futbolçusu: “Biz yaxşı, “Sevilya” isə çox yaxşı komandadır”

"Bilirik ki, biz yaxşı, "Sevilya” isə çox yaxşı komandadır. Buna baxmayaraq, bütün ev qarşılaşmalarındakı kimi qalib gəlməyə çalışacağıq”.


Bunu "Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romero deyib.


Ölkəsinin mətbuatına müsahibə verən hücumçu Avropa Liqasının "Sevilya” ilə bu gün keçiriləcək görüşü barədə fikirlərini açıqlayıb: "Əgər qalib gəlməyə iddialı olmasaq, heç meydana çıxmarıq. Axı qələbə barədə düşünmürsənsə, niyə oynamalısan ki? "Qarabağ” hücum futbolu sərgiləyən, topla oynamağı sevən komandadır. "Sevilya” ilə görüşdə də topu saxlamaq, yaxşı müdafiə olunmaq, komanda oyunu göstərmək, təhlükələr yaratmaq, bir sözlə həmişəki kimi çıxış etmək istəyirik”.


X.Romero "Qarabağ” və baş məşqçi Qurban Qurbanov haqda da danışıb: "Bu, hər şeyin nəzərə alındığı, fantastik şəraitə malik klubdur. Altı il Avropada oynamışam. "Qarabağ”da birincidən sonuncuya qədər bütün əməkdaşlar yaxşı çalışır. Burdakı şərait La Liqanın yaxşı komandalarındakı kimidir. Bazamız, gözəl meydançalarımız var. Baş məşqçimiz Qurban Qurbanov çox çalışan, futbola öz baxışı olan mütəxəssisdir. O, Premyer Liqanın qalibi olmaq və Avropada uğur qazanana qədər uzun müddət çalışıb”.


Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ” – "Sevilya” matçı saat 20:55-də başlayacaq. (APA)

Xəbər lenti