Xəzər Xəbər

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə start verilir

İdman | 12:16 • 19 Sentyabr 2019
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə start verilir

Sentyabrın 19-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə start veriləcək.


Xezerxeber.az xəbər verir ki, gün ərzində 24 qarşılaşma oynanılacaq. A qrupunda yer alan Ağdamın "Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda İspaniyanın "Sevilya” komandasını qəbul edəcək. Görüş saat 20:55-də başlayacaq. Bu qrupun digər oyununda Kiprin APOEL və Lüksemburqun "Düdelanj” komandaları üz-üzə gələcəklər.


Turnirin digər oyunları aşağıdakılardır:


B qrupu:


"Dinamo” (Kiyev, Ukrayna) – "Malmö” (İsveç),


"Kopenhagen” (Danimarka) – "Luqano” (İsveçrə).


C qrupu:


"Bazel” (İsveçrə) – "Krasnodar” (Rusiya),


"Xetafe” (İspaniya) – "Trabzonspor” (Türkiyə).


D qrupu:


"PSV Eyndhoven” (Hollandiya) – "Sportinq” (Portuqaliya),


LASK (Avstriya) – "Rusenborq” (Norveç).


E qrupu:


"Renn” (Fransa) – "Seltik” (Şotlandiya),


"ÇFR Kluj” (Rumıniya) – "Latsio” (İtaliya).


F qrupu:


"Ayntraxt” (Almaniya) – "Arsenal” (İngiltərə),


"Standard Liq” (Belçika) – "Vitoriya” (Portuqaliya).


G qrupu:


"Portu” (Portuqaliya) – "Yanq Boyz” (İsveçrə),


"Reyncers” (Şotlandiya) – "Feyenoord” (Hollandiya).


H qrupu:


"Ludoqorets” (Bolqarıstan) - MOİK (Rusiya),


"Espanyol” (İspaniya) – "Ferentsvaroş” (Macarıstan).


I qrupu:


"Volfsburq” (Almaniya) – "Aleksandriya” (Ukrayna),


"Gent” (Belçika) – "Sent-Etyen” (Fransa).


J qrupu:


"Roma” (İtaliya) – "İstanbul Başakşehir” (Türkiyə),


"Borussiya” (Mönxenqladbax, Almaniya) – "Volfsberq” (Avstriya).


K qrupu:


"Vulverhempton” (İngiltərə) – "Braqa” (Portuqaliya),


"Slovan” (Slovakiya) – "Beşiktaş” (Türkiyə).


L qrupu:


"Mançester Yunayted” (İngiltərə) – "Astana” (Qazaxıstan),


"Partizan” (Serbiya) - AZ (Alkmaar, Hollandiya).


Qeyd edək ki, A, B, C, D, E və F qruplarındakı oyunlar Bakı vaxtı ilə saat 20:55-də, G, H, I, J, K , L qruplarının görüşləri isə saat 23:00-da başlayacaq.

Xəbər lenti