Xəzər Xəbər

Bu gün “Qarabağ” “Sevilya” klubu ilə qarşılaşacaq

İdman | 11:13 • 19 Sentyabr 2019
Bu gün “Qarabağ” “Sevilya” klubu ilə qarşılaşacaq

Bu gün Ağdamın "Qarabağ” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.


Xezerxeber.az xəbər verir ki, rəqib İspaniyanın "Sevilya” klubudur. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.


Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.


"Qarabağ” 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Lakin Qurban Qurbanovun yetirmələri indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.


"Sevilya” isə UEFA Avropa Liqası turnirinin rekordçusudur. Andalusiya təmsilçisi 6-cı dəfə UEFA Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.

Xəbər lenti