Xəzər Xəbər

"Real"ın ulduzuna 75 milyon avroluq təklif

İdman | 17:47 • 18 Sentyabr 2019
"Real"ın ulduzuna 75 milyon avroluq təklif

"Mançester Yunayted" Toni Kroos üçün "Real"a rəsmi təkliflə müraciət etməyə hazırlaşır.


Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.


İddia olunub ki, yarımmüdafiə xəttindən razı olmayan baş məşqçi Ole Qunnar Sulşer bu mövqeyə bir oyunçunun almasını istəyir. Onun əsas namizədinin isə Toni Kroos olduğu bildirilir. "Mançester Yunayted"in alman futbolçu üçün Madrid təmsilçisinə 75 milyon avro təklif edəcəyi deyilir.


Qeyd edək ki, "Real" Toni Kroosu 2014-cü ildə "Bavariya"dan 25 milyon avroya alıb.


Fanat.Az

Xəbər lenti