Xəzər Xəbər

Konor Makqreqor rinqə qayıdır Dekabrda döyüşü olacaq

İdman | 16:35 • 17 Sentyabr 2019
Konor Makqreqor rinqə qayıdır

Keçmiş UFC çempionu Konor Makqreqor yenidən rinqə çıxır.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, o, bu barədə şəxsi Tvitter hesabında məlumat verib. İdmançı dekabr ayında, Dublin şəhərində döyüşə çıxacağını elan edib.

Qreqorun tviti maraqla qarşılanıb. Onun fanatları statusa "Əfsanə qayıdır", "Kral qayıtdı" kimi şərhlər yazıblar.

Qeyd edək ki, Həbib Nurməhəmmədova məğlub olduqdan sonra onunla rinqdən kənarda savaşdığına görə 6 aylıq cəzalandırılan irlandiyalı idmançı bu vaxta qədər 25 döyüşə çıxıb. O, 4 dəfə məğlub olsa da, qalan 21-döyüşünü qələbə ilə başa vurub.

Xəbər lenti