Xəzər Xəbər

Əhalinin banklardakı əmanətlərinin 56,4 faizi xarici valyutadadır

İdman | 15:24 • 17 Sentyabr 2019
Əhalinin banklardakı əmanətlərinin 56,4 faizi xarici valyutadadır

Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8 milyard 580 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əmanətlərin 56,4 faizi xarici, 43,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz artıb, xarici valyutada əmanətlər isə 3,6 faiz azalıb.


Avqustda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,89 (1,92) manata, 100 rus rubluna 2,59 (2,61) manata bərabər olub.

Xəbər lenti