Xəzər Xəbər

Mariya Stadnik dünya çempionatının finalına yüksəlib

İdman | 15:06 • 17 Sentyabr 2019
Mariya Stadnik dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala yüksəlib.


Xezerxeber.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 7 qat Avropa çempionu yarımfinalda çinli Yanan Sundan güclü olub.


Bu mərhələyə yüksəlməklə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən pəhləvan rəqibini 6:4 hesabı ilə məğlub edib.


Həlledici görüş sentyabrın 18-də keçiriləcək.


Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. 1/4 finalda Rusiya idmançısına göz açmağa imkan verməyən Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub.

Xəbər lenti