Xəzər Xəbər

"Qalatasaray"ın "Brügge" ilə oyun üçün heyəti

İdman | 15:59 • 17 Sentyabr 2019
"Qalatasaray"ın "Brügge" ilə oyun üçün heyəti

"Qalatasaray" sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Brügge"nin qonağı olacaq.


İstanbul klubunun oyun üçün heyəti açıqlanıb. Super Liqanın son turunda çənəsində iki sınıq əmələ gələn Yunes Belhanda heyətdə yer almayıb.


Qapıçılar: Fernando Muslera, Okan Koçuk.


Müdafiəçilər: Şener Özbayraklı, Rayan Donk, Ömer Bayram, Mariano, Kristian Luyindama, Marcao, Yuto Naqatomo.


Yarımmüdafiəçilər: Jean Mişel Seri, Mario Lemina, Selçuk İnan, Sofiane Fequli, Stiven Nzonzi, Emre Mor, Rayan Babel.


Hücumçular: Radamel Falkao, Florin Andone, Adem Büyük.


Qeyd edək ki, sabah Jan Breydel stadionunda keçiriləcək "Brügge" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 20.55-də başlayacaq.


Fanat.Az

Xəbər lenti