Xəzər Xəbər

Stadnikdən möhtəşəm uğur Olimpiadaya gedəcək

İdman | 14:08 • 17 Sentyabr 2019
Stadnikdən möhtəşəm uğur

Azərbaycan qadın güləşçisi Mariya Stadnik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

31 yaşlı idmançı buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinala yüksəlməklə nail olub.

1/4 finalda rusiyalı Yekaterina Poleşçuka qalib gələn Stadnik ilk "6-lıq"da yerini təmin edib və lisenziya normasını doldurub.

Beləliklə, o, olimpiadaya vəsiqə əldə edən ilk azərbaycanlı güləşçi olub.

***

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.

Azərbaycan güləşçisi Mariya Stadnik təsnifat mərhələsində ilk hissədə Nigeriya güləşçisinə vaxtından əvvəl təmiz qələbə ilə (10:0) qalib gəlib.

Türkan Nəsirova isə debütdə almaniyalı rəqibinə məğlub olub.

Xəbər lenti