Xəzər Xəbər

Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək

İdman | 12:34 • 17 Sentyabr 2019
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək

Sentyabrın 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək.


Xezerxeber.az xəbər verir ki, qrup mərhələsinin birinci turunun ilk oyun günündə E, F, G və H qruplarında yer alan komandalar arasında ümumilikdə 8 qarşılaşma oynanılacaq. Gün ərzində keçiriləcək oyunlar aşağıdakılardır:


E qrupu:


"Napoli” (İtaliya) – "Liverpul” (İngiltərə),


"Zaltsburq” (Avstriya) - "Genk” (Belçika).


F qrupu:


"İnter” (İtaliya) - "Slaviya Praqa” (Çexiya),


"Borussiya Dortmund” (Almaniya) - "Barselona” (İspaniya).


G qrupu:


"Lion” (Fransa) - "Zenit” (Rusiya),


"Benfika” (Portuqaliya) – "Leypziq” (Almaniya).


H qrupu:


"Çelsi” (İngiltərə) - "Valensiya” (İspaniya),


"Ayaks” (Hollandiya) - "Lill” (Fransa).


A, B, C və D qruplarının oyunları sentyabrın 18-də keçiriləcək.


Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin "Liverpul” və "Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn "Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

Xəbər lenti