Xəzər Xəbər

UEFA “Qarabağ”ın hesabına 4 milyon avroya yaxın vəsait köçürüb

İdman | 15:56 • 16 Sentyabr 2019
UEFA “Qarabağ”ın hesabına 4 milyon avroya yaxın vəsait köçürüb

"Qarabağ”ın 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait Ağdam təmsilçisinin hesabına köçürülüb.


APA-nın məlumatına görə, 2 milyon 750 min avronun köçürülməsi AFFA-nın vasitəsilə gerçəkləşib.


Bu vəsait qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.


Bundan əlavə, "Qarabağ” FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə "Qarabağ”ın hesabına köçürülüb.

Xəbər lenti