Xəzər Xəbər

Tomas Tuxel: "Neymarın üzü yenə gülməyə başladı"

İdman | 11:36 • 14 Sentyabr 2019
Tomas Tuxel:

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın ulduz futbolçusu Neymar barədə danışıb.

Almaniyalı mütəxəssis 27 yaşlı hücumçunun bu həftə Fransa I Liqasında "Strasburq"la matçda meydana çıxacağını deyib:

"Neymarın üzü yenə gülməyə başladı. Transfer dönəminin bitməsinə sevinirəm, çünki Neymar komandamızda qaldı. O, matça hazırdır və "Strasburq"a qarşı oynayacaq. Artıq hər şey bitdi".

Neymarın yayda "Barselona"ya qayıdacağı gözlənilsə də, danışıqlar uğursuz başa çatmışdı.

Xəbər lenti