Xəzər Xəbər

Qvardiola pis xəbəri açıqladı: 5-6 aylıq sıradan çıxdı

İdman | 11:33 • 14 Sentyabr 2019
Qvardiola pis xəbəri açıqladı:

İngiltərənin "Mançester Siti” klubunun baş məşqçisi dizindən əməliyyat olunan müdafiəçiEmerik Lyaportun son durumundan danışıb.

XəzərXəbər "BBC Sport"aistinadən xəbər verir ki,"Brayton"la oyunda zədələnən "şəhərlilər”in futbolçusu uzun müddətə sıradan çıxıb. Qvardiola fransız stopperin yeni ildə sıralara dönəcəyini açıqlayıb:

"Lyaport 5-6 oynamayacaq. Növbəti ilin yanvar-fevral aylarında geri dönə bilər. Digər zədəlimiz Leroy Sane dəmövsüm bitməmiş geri qayıdacaq. Transfer pəncərəsinin mövsümün startından əvvəl bağlanmasına sevinmişdim. Ancaq digər komandalarla müqayisədə daha çətin vəziyyətə düşdük".

48 yaşlı mütəxəssis mövsümə yaxşı başlanğıc götürən Rahim Sterlinq barədə də danışıb:

"Sterlinq həm klubunda, həm də millisində yaxşı oynayır. Ancaq onu Messi və Ronaldo ilə müqayisə etməyin. Onunla birgə çalışdığım üçün sevinirəm. Möhtəşəm iş prinsipi var. Həm də yaxşı oğlandır. Sterlinqdən çox razıyam".

25 yaşlı fransalı futbolçunun ilin sonuna qədər oynamayacağı gözlənilir.


Xəbər lenti