Xəzər Xəbər

“Qarabağ” - “Sevilya”: İlk gündə 10 min bilet satıldı!

İdman | 11:27 • 14 Sentyabr 2019
“Qarabağ” - “Sevilya”: İlk gündə 10 min bilet satıldı!

Azərbaycan çempionu "Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi "Sevilya”nı qəbul edəcək.


Artıq qarşılaşmanın biletləri sentyabrın 14-dən etibarən satışdadı. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-di.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ilk gündə 10000 bilet artıq satılıb. Bu isə qısa zamanda bütün biletlərin satılacağı ehtimalını artırır.

Sentyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Sevilya” matçına saat 20:55-də start veriləcək.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)


Fanat.Az

Xəbər lenti