Xəzər Xəbər

Məhəmməd Salah cari mövsümdə ilk mükafatını qazanıb

İdman | 19:19 • 13 Sentyabr 2019
Məhəmməd Salah cari mövsümdə ilk mükafatını qazanıb

İngiltərənin "Liverpul” futbol klubunun hücumçusu Məhəmməd Salah cari mövsümdə ilk mükafatını qazanıb.


Xezerxeber.az xəbər verir ki, 27 yaşlı misirli hücumçu səsverməyə görə, komandasının avqust ayı üçün ən yaxşı futbolçusu seçilib.


Qeyd edək ki, Salah ötən ay "Liverpul”un heyətində keçirdiyi 6 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər lenti