Xəzər Xəbər

Tarixdə ilk dəfə: Transferə 1 milyard avrodan çox vəsait xərcləyən klub

İdman | 15:55 • 9 Sentyabr 2019
Tarixdə ilk dəfə:

"Mançester Siti" 1 milyard avrodan çox vəsait xərcləyən ilk klub olub.


Bu barədə İsveçrənin "CIES Football Observatory” şirkətinin Avropa klublarının transfer fəaliyyətinə dair araşdırmasında bildirilib.


Hesablamalara görə, İngiltərə təmsilçisi hazırkı heyəti üçün ən çox pul xərcləyən klubdu. "Şəhərlilər" hazırkı oyunçularına 1 milyard 14 milyon avro xərcləyib və 1 milyard avronu keçən klub kimi tarixə düşüb.


PSJ 913 milyon avro ilə ikinci, "Real" isə 902 milyon avro ilə üçüncü sırada qərarlaşıb.


1. "Mançester Siti" (İngiltərə) -1,014 milyard avro

2. PSJ (Fransaa) - 913 milyon avro

3. "Real" (İspaniya) - 902 milyon avro

4. "Mançester Yunayted" (İngiltərə) - 751 avro

5. "Yuventus" (İtaliya) - 719 milyon avro

6. "Barselona" (İspaniya) - 697 milyon avro

7. "Liverpul" (İngiltərə) - 639 milyon avro

8. "Çelsi" (İngiltərə) 561 milyon avro

9. "Atletko" (İspaniya) - 550 milyon avro

10. "Arsenal" (İngiltərə) - 498 milyon avro.


Fanat.Az

Xəbər lenti