Xəzər Xəbər

Çempionlar Liqasının üçqat qalibi futbolçu karyerasını bitirdi FOTO

İdman | 17:29 • 8 Sentyabr 2019
Çempionlar Liqasının üçqat qalibi futbolçu karyerasını bitirdi

Samuel Eto 38 yaşında karyerasını bitirdiyini açıqlayıb.

Dörd dəfə Afrika qitəsinin ən yaxşı oyunçusu seçilmiş kamerunlu futbolçu 22 illik karyerası ərzində bir çox uğurlara imza atıb.

O, "Instagram" hesabında bu barədə qeyd edib:

"Bu da son. Yeni çağırışa doğru. Hamıya təşəkkür edirəm, böyük sevgimi bildirirəm".

İspaniyada Madrid "Real"ı, "Leqanes", "Espanyol", "Malyorka", "Barselona", İtaliyada "İnter", "Sampdoria", Rusiyada "Anji", İngiltərədə "Çelsi", "Everton", Türkiyədə "Antalyaspor", "Konyaspor"da çıxış etmiş Eto ötən mövsüm son olaraq Qətərin eyniadlı klubunda oynayıb.

O, "Barselona" ilə üç dəfə İspaniya çempionu, iki dəfə Çempionlar Liqasının qalibi olub. Milan "İnter"i ilə İtaliya çempionluğu, Çempionlar Liqası və klublararası Dünya Kubokunu qazanmış məşhur futbolçu Kamerun yığması ilə də uğurlar əldə edib. O, Olimpiada və iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Samuel Eto dörd dəfə Afrikanın ən yaxşı futbolçusu seçilməklə hazırda da Fil Dişi Sahilindən olan Yaya Ture ilə birgə rekord göstəricini əlində saxlayır. Belə ki, bu iki futbolçu Afrikanın ən çox yaxşısı seçilmiş oyunçulardır.

Xəbər lenti