Xəzər Xəbər

Samuel Eto karyerasını başa vurub

İdman | 12:51 • 7 Sentyabr 2019
Samuel Eto karyerasını başa vurub

İspaniyanın "Barselona” futbol klubunun sabiq hücumçusu Samuel Eto karyerasının başa çatdığını bildirib.


Xezerxeber.az xəbər verir ki, bununla bağlı futbolçu şəxsi "Instagram” səhifəsində paylaşım edərək yazıb: "Bu, karyeramın sonudur. Qarşıda yeni çağırışlar var. Hamıya təşəkkür edirəm”.


UEFA Çempionlar Liqasının üçqat qalibi olan 38 yaşlı hücumçu "Real Madrid”, "Malyorka”, "İnter”, "Anji”, "Çelsi”, "Everton”, "Sampdoriya”, "Antalyaspor” və "Konyaspor”da oynayıb. Onun formasını geyindiyi sonuncu klubu isə "Qətər” olub.


Samuel Eto Kamerun millisinin tarixində ən çox qol vuran oyunçudur. Bundan başqa, o, dörd dəfə ilin ən yaxşı afrikalı futbolçusu seçilib.

Xəbər lenti