Xəzər Xəbər

Nikola Yurçeviç: Bilirəm ki, hamı məyusdu, ancaq toparlanmalıyıq

İdman | 09:08 • 7 Sentyabr 2019
Nikola Yurçeviç: Bilirəm ki, hamı məyusdu, ancaq toparlanmalıyıq

Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Hər iki komanda oyuna yaxşı hazırlaşmışdı və intensiv oyun izlədik.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels yığması ilə qarşılaşan futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.


Xorvatiyalı mütəxəssis bildirib ki, komanda olaraq düzgün oynadıq, sona qədər mübarizə apardıq. Təəssüf ki, bəxtsiz qollar buraxdıq. Halbuki 1 xal qazanmağa layiq idik. Futbolçularımın çıxışından razı qaldım və onlarla qürur duyuram.


"Bizi qarşıda daha çətin rəqiblə oyun gözləyir. Xorvatiya millisi səfərdə Slovakiyanı 4:0 hesabı ilə məğlub edib. Uşaqlarla danışdıq, bilirəm ki, hamı məyusdu. Ancaq toparlanmalıyıq”, - deyə N.Yurçeviç əlavə edib.


Qeyd edək ki, Kardiff şəhər stadionunda keçirilən oyunda Uels millisi Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub edib.

Xəbər lenti