Kişi basketbolçulardan ibarət Türkiyə yığması dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununa çıxıb.
Çində keçirilən yarışın debütantı ola "ay-ulduzlular" Çexiya ilə qarşılaşıb. Ufuk Sarıcanın baş məşqçi olduğu komanda məğlubiyyətə üzülüb - 76:91.
Qrupda yalnız Yaponiyanı məğlub edən (86:67) və ABŞ-a uduzan (93:92) Türkiyə yığması mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Bu komanda yalnız 17-32-ci yerlər uğrunda yarışacaq. Çexiya isə qruplarda ilk 2 yeri tutanlardan ibarət 16 ən güclü komandanın vəsiqə qazandığı növbəti qrup oyunlarında mübarizə aparacaq.
Fanat.Az