Xəzər Xəbər

"Sevilya"nın Avropa Liqası üçün iştirak ərizəsi - SİYAHI

İdman | 16:36 • 5 Sentyabr 2019
"Sevilya"nın Avropa Liqası üçün iştirak ərizəsi - SİYAHI

Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan İspaniyanın "Sevilya" klubunun UEFA-ya təqdim etdiyi iştirak ərizəsi məlum olub.

La Liqa təmsilçisi 25 oyunçunun adını sifariş edib:

Qapıçılar: Tomaş Vaçlik (Çexiya), Bono (Mərakeş), Xavi Dias;

Müdafiəçilər: Daniel Karriço (Portuqaliya), Xules Kunde (Fransa), Dieqo Karlos (Braziliya), Xesus Navas (kaptain), Serxi Qomes, Serxio Eskudero, Serxio Reqilon;

Yarımmüdafiəçilər: Lukas Okampos, Ever Baneqa, Franko Vaskes (hamısı Argentina), Roni Lopes (Portuqaliya), Munas Dabbur (İsrail), Nemanya Qudeli (Serbiya), Fernando (Braziliya), Alexandro Pozo, Oliver Torres, Xoan Cordan;

Hücumçular: Xavyer Ernandes (Meksika), Luk de Yonq (Hollandiya), Nolito, Munir El-Haddadi, Brayan Gil.

"Sevilya" qrupda ilk oyununu sentyabrın 19-da Bakıda "Qarabağ"a qarşı keçirəcək.

Xəbər lenti