Xəzər Xəbər

Rakitiç razı oldu, "Barselona" satmadı

İdman | 16:06 • 5 Sentyabr 2019
Rakitiç razı oldu, "Barselona" satmadı

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç İtaliyanın "Yuventus" klubuna transfer olmağa yaxın olub.

"Tuttosport" xəbər verir ki, xorvatiyalı futbolçu Turin təmsilçisinin təklifini qəbul edib. Lakin kataloniyalılar 31 yaşlı futbolçunu satmağa razı olmayıb. "Barselona" Rakitiç əvəzinə qarşı tərəfdən Əmrə Canı istəyib. Bu səbəbdən də transfer danışıqları müsbət yekunlaşmayıb.

Rakitiç "Barselona"da az şans qazanacağını düşündüyü üçün klubdan ayrılmaq istəyir.

"Yuventus"un qışda bu transferi həl etməyə çalışacağı bildirilir.


Xəbər lenti