Xəzər Xəbər

"Qalatasaray" Çempionlar Liqası üçün 20 futbolçu sifariş verdi - SİYAHI

İdman | 15:02 • 5 Sentyabr 2019
"Qalatasaray" Çempionlar Liqası üçün

Türkiyənin "Qalatasaray" komandası Çempionlar Liqasındakı qrup mərhələsinin oyunları üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

Komandanın baş məşqçisi Fatih Terim siyahıya 20 oyunçu daxil edib.

Qapıçılar:Fernando Muslera, Okan Koçuk.

Müdafiəçilər: Şener Özbayraklı, Mariano Ferreyra, Kristian Luyindama, Markao, Ömer Bayram, Yuto Naqatomo.

Yarımmüdafiəçilər:Jan Mikael Seri, Stiven Nzonzi, Mario Lemina, Selçuk İnan, Sofyan Fequli, Rayan Donk, Rayan Babel,Yunes Belhanda.

Hücumçular:Adem Büyük, Florin Andone, Emre Mor və Radamel Falkao yer alıblar.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid" (İspaniya), "Paris Sen-Jermen" (Fransa) və "Brügge" (Belçika) ilə qarşılaşacaq.

Xəbər lenti