Xəzər Xəbər

Əmrə Canı şoka salan qərar: "Sarri mənə səbəb deyə bilmədi"

İdman | 15:58 • 4 Sentyabr 2019
Əmrə Canı şoka salan qərar:

"Yuventus"un Çempionlar Liqasının heyətinə daxil etmədiyi Əmrə Can "Bild" nəşrinə açıqlamasında komandanın baş məşqçisi Mauritsio Sarri barədə sərt danışıb.

XəzərXəbər xəbər verir ki, Almaniya millisinin üzvü klubun ona verilən sözün üzərində dayanmadığını deyib:

"Son dərəcə şok oldum. Sarriylə görüşdüm. Danışığımız cəmi bir dəqiqə çəkdi və o, mənə bir səbəb deyə bilmədi. Bu durum məni əsəbləşdirir və üzür. Milli komandaların oyunlarından sonra qərarlarımı verib, klubla danışacam. Ötən həftə klub mənə başqa şey söylədi və söz verdilər. PSJ məni transfer etmək istəsə də, komandada qaldım. Şərt Çempionlar Liqasında oynamağım idi".

"Yuventus" Əmrədən başqa, Mario Mancukiçi də UEFA-ya sifariş etməyib. Bundan əlavə, zədəli olan Corco Kyellinin əvəzinə, Merih Demiralın adı yazılıb.


Xəbər lenti