Xəzər Xəbər

Aleksis Sançes: "Mançester Yunayted"dən ayrıldığım üçün çox sevindim"

İdman | 17:43 • 3 Sentyabr 2019
Aleksis Sançes: "Mançester Yunayted"dən ayrıldığım üçün çox sevindim"

"İnter"in "Mançester Yunayted"dən icarəyə götürdüyü Aleksis Sançes "BBC Sport"a açıqlama verib.

XəzərXəbər xəbər verir ki, çilili futbolçu "Qırmızı şeytanlar"dan ayrıldığı üçün sevindiyini bildirib:

"Mançester Yunayted"dən ayrıldığım üçün çox sevindim. Premyer Liqanın ən çox gəlir qazanan və böyük klubu "Mançester Yunayted"dir. "Arsenal"a gedəndə hər şey gözəl idi, möhtəşəm klubdur. Ancaq "Mançester Yunated"ə gedəndə klub yeni oyunçular qazanmaq üçün cəhd edirdi. "Mançester Yunayted"lə hər şeyi qazanmaq istədim. Ora getdiyim üçün peşman deyiləm.

Çili millisində oynayanda xoşbəxt idim. "Mançester Yunayted"də də hər şey yaxşı idi, ancaq dostlarıma hər zaman oynamaq istədiyimi deyirdim. Bəzən 60 dəqiqə oynayırdım, növbəti matçda isə meydana çıxmırdım. Bunun səbəbini isə bilmirəm".

Milan klubu 30 yaşlı futbolçunu bir illik icarəyə götürüb.

Xəbər lenti