Xəzər Xəbər

Bendtnerin yeni klubu müəyyənləşdi

İdman | 15:49 • 3 Sentyabr 2019
Bendtnerin yeni klubu müəyyənləşdi

Danimarka millisinin üzvü Niklas Bendtnerin yeni klubu müəyyənləşib.

31 yaşlı futbolçuNorveçin "Rusenborq" klubundan Danimarka təmsilçisi "Kopenhagen"ə keçib. Klub saytının məlumatına görə, təcrübəli hücumçu ilə ilin sonuna qədər müqavilə imzalanıb.

Bendtner "Arsenal", "Birmingem", "Sanderlend", "Yuventus", "Volfsburq", "Nottingem Forest" klublarında da çıxış edib. O, 2017-ci ildən çıxış etdiyi "Rusenborq"da 55 oyuna 24 qol vurub.

Xəbər lenti