Xəzər Xəbər

Uels – Azərbaycan oyununun təyinatları adları açıqlanıb

İdman | 12:49 • 3 Sentyabr 2019
Uels – Azərbaycan oyununun təyinatları adları açıqlanıb

AVRO-2020-nin seçmə mərhələsinin Uels - Azərbaycan oyununun hakimləri açıqlanıb.


Sentyabrın 6-da keçiriləcək matçı maltalı hakimlər idarə edəcək.


Kardiffdəki matçın baş hakimi Trustin Farrugia Cann olacaq. Ona laysmanlar Alan Camilleri və Luke Portelli yardım edəcəklər. Dördüncü hakim isə Alan Mario Sant olacaq.


Jouni Hyytia (Finlandiya) hakim-inspektor, Kristian Velander (İsveç) UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

Xəbər lenti