Xəzər Xəbər

Neymar üçün kompensasiyanı FİFA müəyyənləşdirə bilər

İdman | 11:22 • 3 Sentyabr 2019
Neymar üçün kompensasiyanı FİFA müəyyənləşdirə bilər

Braziliya milli komandasının futbolçusu Neymarın agentləri onun PSJ-dən ayrılması üçün FİFA ilə məsləhətləşmələrə başlayıblar.


Hücumçu daha bir il Fransa klubunda qalsa, onun komandaya ödəməli olduğu kompensasiyanı ali futbol qurumu müəyyənləşdirəcək.


Çünki cənubi amerikalı Paris təmsilçisinə 2017-ci ildə keçib. Qaydalarına əsasən, futbolçunun klubla müqaviləni pozması üçün lazım olan kompensasiyanı FİFA müəyyənləşdirə bilər. Lakin bunun üçün oyunçunun müqavilə bağlamasından üç il ötməli və bu müddətdə anlaşmada heç bir dəyişiklik edilməməlidir.


Neymarın agentləri FİFA-dan qurumun müəyyənləşdirəcəyi məbləği də öyrəniblər. Assosiasiya gələn ilin yayında onun üçün 170 milyon avroya yaxın kompensasiya məbləği qoyacaq.


Qeyd edək ki, 2017-ci ildə "Barselona”dan PSJ-yə 222 milyon avroya keçən Neymar bu ilin yayında geri dönmək istəyib. Lakin klublar onun transfer məbləğində razılığa gəlməyiblər.

Xəbər lenti