Xəzər Xəbər

“Qalatasaray” Radamel Falkao ilə müqavilə imzalayıb

İdman | 10:56 • 3 Sentyabr 2019
“Qalatasaray” Radamel Falkao ilə müqavilə imzalayıb

Türkiyənin "Qalatasaray” komandası Fransanın "Monako" klubundan heyətinə cəlb etdiyi Radamel Falkao ilə müqavilə imzalayıb.


Xezerxeber.az xəbər verir ki, otuz üç yaşlı hücumçu ilə üç illik müqavilə bağlanılıb. Onun maaşı hər mövsüm üçün beş milyon avro olacaq.


Qeyd edək ki, 2013-cü ildən "Monako”da çıxış edən Falkao "Portu”, "Atletiko Madrid”, "Mançester Yunayted” və "Çelsi” kimi klubların da formasını geyinib. O, ötən mövsüm "Monako”nun heyətində Fransa liqasında 15 qol vurub.


İstanbul klubu daha əvvəl İngiltərə "Sautqempton” komandasından Mario Lemina, "Brayton”dan Florin Andoneni transfer edib.

Xəbər lenti