Xəzər Xəbər

“Barselona” 16 yaşlı futbolçunu transfer edib

İdman | 10:02 • 3 Sentyabr 2019
“Barselona” 16 yaşlı futbolçunu transfer edib

İspaniyanın "Barselona” klubu növbəti transferini rəsmiləşdirib.


Kataloniya klubu "Las-Palmas”ın gənc futbolçusu Pedri ilə müqavilə imzalayıb.


16 yaşlı istedad gələn il "Barselona”ya qoşulacaq. Onunla 2+1 illik müqavilə imzalanıb. "Las-Palmas” bu transferdən 5 milyon avro əldə edib. Yarımmüdafiəçinin gələcək satışından 15 faizi də sabiq komandasına çatacaq.


Qeyd edək ki, cari mövsümdə Pedri "Las-Palmas”ın heyətində 3 oyun keçirib.

Xəbər lenti