Xəzər Xəbər

Ronaldo vəsiyyətnamə yazdı - Azarkeşlər təəccüb içində

İdman | 09:26 • 3 Sentyabr 2019
Ronaldo vəsiyyətnamə yazdı -

Portuqaliya millisinin və "Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo vəsiyyətnamə yazıb.


Qəfl ölümü haqda düşünən idmançı Lissabonda vəkili ilə görüşüb və bütün detalları müzakirə edib.


Jurnalistlərin yazdığına görə, Ronaldonun, demək olar, bütün var dövlətini, yəni 300 milyon avrodan çox pulu onun sevgilisi Corcina Rodriqes alacaq. O, Ronaldonun övladının anasıdır, cütlük evli belə deyil.


Azarkeşləri futoblçunun bu addımından çox təəccüblənib. Onlar vəsiyyətnamənin niyə məhz indi yazıldığını başa düşməyib.

Xəbər lenti