Xəzər Xəbər

"Çelsi"nin 11,5 milyona satdığı qapıçı rəsmən "Qarabağ"da

İdman | 19:10 • 2 Sentyabr 2019
"Çelsi"nin 11,5 milyona satdığı qapıçı rəsmən "Qarabağ"da

"Qarabağ" heyətinə yeni qapıçı qatıb.


XəzərXəbər xəbər verir ki, Azərbaycan çempionu İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"dan Asmir Beqoviçlə güclənib. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Bosniya və Herseqovina millisinin qapıçısı "Qarabağ"da icarə əsasında çıxış edəcək.


Qeyd edək ki, Asmir Beqoviç peşəkar karyerasına İngiltərənin "Portsmut" klubunda başlayıb. 2005-2010-cu illərdə bu kluba məxsus olan qolkiperBelçikanın "La Luvyer”, İngiltərənin "Makklesfild", "Bornmut", "Yeovil" və "İpsviç" klublarına icarəyə verilib. O, 2010-cu ilin fevralında "Portsmut"dan 3,75 milyon avroya "Stok Siti"yə transfer olunub. "Çelsi" 5 il sonra bosniyalı qolkiperi 11 milyon avroya heyətinə qatıb. İki il London klubunda çıxış edən Beqoviç 2017-ci ilin yayında 11,5 milyon avroya "Bornmut"a keçib. O, ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 24 oyun keçirib.


Beqoviç 2004-2007-ci illərdə Kanadanın U-21 yığmasında çıxış edib. 2010-cu ildən isə Bosniya və Herseqovinanın əsas millisinə dəvə alır (61 oyun).


32 yaşlı qolkiper 2016/17 mövsümündə "Çelsi" ilə İngiltərə çempionu olub və Federasiya Kubokunda final oynayıb.


Xəbər lenti