Xəzər Xəbər

"Çelsi" qanalı futbolçunu icarəyə verdi

İdman | 20:42 • 2 Sentyabr 2019
"Çelsi" qanalı futbolçunu icarəyə verdi

"Çelsi" müdafiəçisi Abdul Rəhman Babanı icarəyə verib.

XəzərXəbər klub saytına xəbər verir ki, 25yaşlı sol cinah müdafiəçisi karyerasını İspaniyada davam etdirəcək. Qana millisinin üzvü La Liqa təmsilçisi "Malyorka"da mövsümün sonuna qədər çıxış edəcək.

"Çelsi" qanalı futbolçunu 2015-ci ildə "Auqsburq"dan 20 milyon avroya transfer etmişdi. Rəhman "Şalke" və "Reims" klublarında icarə əsasında çıxış edib.

Xəbər lenti