Xəzər Xəbər

"Beşiktaş" "Sportinq"in hücumçusunu icarəyə götürdü

İdman | 15:23 • 2 Sentyabr 2019
"Beşiktaş" "Sportinq"in hücumçusunu icarəyə götürdü

"Beşiktaş" növbəti transferini reallaşdırıb.

XəzərXəbər "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Sportinq" klubunun hücumçusu Abdulay Diabini bir illik icarəyə götürüb. 28 yaşlı forvard tibbi müayinədən keçmək üçün Türkiyəyə gəlib.

"Sportinq" fransalı forvardı 2018-ci ildə "Brügge"dən 4,5 milyon avroya transfer edib.

Xəbər lenti