Xəzər Xəbər

"Qarabağ"ın rəqibi ulduz futbolçunu transfer etdi

İdman | 14:32 • 2 Sentyabr 2019
"Qarabağ"ın rəqibi ulduz futbolçunu transfer etdi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İspaniyanın "Sevilya" klubu İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"in hücumçusu Xavyer "Çiçarito" Ernandesi transfer edib.

"Sky Sports" xəbər verir ki, əndəlüsiyalılar London klubu iləmüqaviləsinin başa çatmasında 10 ay qalan meksikalı hücumçunu 8 milyon avroya transfer edib. 31 yaşlı forvard müqavilə imzalamaq üçün Sevilyaya gəlib.

"Vest Hem" Meksika millisinin üzvünü 2017-ci ildə "Bayer"dən 17,8 milyon avroya transfer etmişdi. Xavyer Ernandes Premyer Liqa klubunda 63 oyuna 17 qol vurub.

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-u, saat 20:55-də baş tutacaq.

Xəbər lenti